...

Naxçıvanda rabitə sahəsində 10079,1 milyon manatlıq xidmət göstərilib

Telekommunikasiya Materials 30 Dekabr 2005 12:27 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında (HMR) rabitə sahəsində müəssisələrə, təşkilatlara və əhaliyə 10079,1 mln manatlıq xidmət göstərilib ki, bu da ötən lin müvafiq dövrü ilə müqayisədə 20,7% çoxdur. Bu barədə Trend ə NMR-nın Bakıdakı daimi nümaynədəliyindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, Muxtar Respublikanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi tərəfindən bu müddət ərzində min km telefon xətti çəkilib.

NMR-nın rabitə müəssisələrində işçilərin sayı 1 min nəfərdən artıq təşkil edib ki, bu da ötən illə müqayisədə demək olar ki, 10% çoxdur.

Göstərilən vaxt ərzində rayonun 10 kəndində 5 yeni avtomatlaşdırılmış ATS quraşdırılıb və Naxçıvan şəhərinə kimi fibrooptik magistralın tikintisi üzrə işlər davam etdirilib.

2004-cü ildə NMR -da rabitə sahəsində işlərin həcmi 7,4 mlpd manat təşkil edib və Şərur, Babək və Ordubad rayonlarında 123,4 km uzunluğunda telefon xəttləri çəkilib.

Xəbər lenti

Xəbər lenti