...

2006-cı ildə Sabirabadın Mərkəzi ATS-nin yenidən qurulmasına başlanılacaq

Telekommunikasiya Materials 5 Yanvar 2006 13:11 (UTC +04:00)

2006-cı ildə Sabirabad rayonunun Mərkəzi Avtomat Telefon Stansiyasının yenidən qurulması üzrə işlərə başlanılacaq. Bu barədə Trend ə Aztelekom İB-dən bildirilib.

Hazırda əvvəlcədən elan olunmuş tender üzrə maraqlı şirkətlərin təkliflərinin öyrənilməsi istiqamətində işlər görülür.

"Tenderin qalibi müəyyən edildikdən sonra imzalanmış müqavilə əsasında işlərə başlanılacaq", - deyə İB-də qeyd ediblər.

Bu dövr ərzində Ağcabədi və Masallıda rabitə elektronlaşdırılıb, həmçinin, İB tərəfindən Naftalan və Goranboy Telekommunikasiya qovşaqlarının elektronlaşdırılması prosesi də başa çatıb.

Bu tədbirlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı və Azərbaycanın informasiya kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti