...

2005-ci ildə Azərpoçt DM 160 obyekt istismara verib

Telekommunikasiya Materials 9 Yanvar 2006 14:07 (UTC +04:00)

2005-ci ildə Azərpoçt Dövlət Müəssisəsi respublika üzrə 160 obyekt istismara verib. DM-dən Trend ə verilən məlumata görə, onların 137-si yeni tikilmiş kənd poçt şöbəsidir. Digər 23 obyekt isə ölkənin müxtəlif regionlarında yenidən qurulmuş və təmir edilmiş köhnə binalardır.

Köhnə obyektlərin bərpasında məqsəd Dünya Bankının əsas komponenti Azərbaycanın poçt şəbəkəsinin modernləşdirilməsi olan, maliyyə xidmətlərinin inkişafı layihəsinin həyata keçirilməsi ilə əlaqədar regionlarda əhaliyə poçt xidmətlərinin göstərilməsinin yaxşılaşdırılmasından ibarətdir.

Bununla yanaşı, 2005-ci ildə müəssisə tərəfindən 178-dən artıq yeni iş yerləri açılıb.

Poçt şöbələrinin inşası 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı və Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin tədbirlər planı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti