...

2005-ci ildə Rabitə nazirliyi təxminən 165 min nömrə istismara verib

Telekommunikasiya Materials 14 Yanvar 2006 14:52 (UTC +04:00)

2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi respublika üzrə 164 185 telefon nömrəsi istismara verib ki, bu da 2004-cü illə müqayisədə 42 611 nömrə çoxdur. Nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsindən Trend ə verilən məlumata görə, onların 93 188-i Aztelekom İB-nin, 70 741-i Bakı Telefon Rabitəsi İB-nin, 256-sı isə Azərpoçt İB-nin payına düşür.

Nazirlikdən vurğulayıblar ki, nömrələrin artması həm paytaxtda, həm də regionlarda ATS-in elektron ATS olaraq genişləndirilməsi və yenidən qurulması hesabına mümkün olub.

İndiyə kimi bütün ölkə üzrə 100 rabitə obyekti istismara verilib.

Hazırda nazirliyin müəssisələri tərəfindən Rabitə Nazirliyinin tədbirlər planına və 2004-2008-ci illərdə regionların sosial-iqisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq regionlarda rabitənin elektronlaşdırılması üzrə işlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti