...

Azərpocht ölkənin regionlarında Western Union sisteminin tətbiqi üzrə iş aparır

Telekommunikasiya Materials 16 Yanvar 2006 14:27 (UTC +04:00)

Azərpocht Dövlət Müəssisəsi (DM) Western Union sistemi üzrə poçt pul köçürmələrinin tətbiqi ilə bağlı işlər aparır. Müəssisədən Trend ə verilən məlumata görə, indiyə kimi bu sistem ölkənin bir sıra regionlarında, o cümlədən, Daşkəsən, Gəncə, Goranboy, Xanlar, Mingəçevir, Naftalan, Şəmkir, Tərtər və Yevlax da tətbiq olunub.

"Hazırda sistemin tətbiqi üçün yeni avadanlığın quraşdırılması üçün proqram təminatının yeniləşməsi üzrə işlər aparılır", - deyə DM-dən bildirilib. Adı çəkilən rayonlardan sonra növbədə Qazax, Tovuz, Ağstafa, Bərdə və digər şəhərlər də var.

Bütün işlərin 2006-cı ilin ikinci yarısının sonuna kimi başa çatdırmaq planlaşdırılıb. Bu xidmətlərin ümumilikdə Azərbaycanın 50 rayonunda tətbiqi planlaşdırılıb.

Hazırda dövlət müəssisəsinin 20-yə yaxın filialında, o cümlədən, paytaxtın 10 şöbəsində - mərkəzi poçt şöbəsində, 1№, 6 №, 73№, 2 №, 118№, 63№, 83№, 44№li və 45 № şöbələrdə Western Union üzrə xidmətlər göstərilir.

Parabank Kommersiya Bankı ilə Azərpocht DM arasında Western Union sisteminin tətbiqi üzrə imzalanan müqaviləyə uyğun olaraq, bu sistem üzrə üzrə ilk köçürmələr ilk dəfə olaraq ötən il oktyabrın 10-da 1 saylı poçt şöbəsində reallaşdırılıb.

DM Travelex Group şirkəti ilə də analoji razılaşma imzalayıb. Həmin razılaşmaya görə, 2006-cı il ərzində əvvəlcə paytaxtın bütün poçt şöbələrində, daha sonra isə regionlarda bu sistemin tətbiqi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti