...

Azərbaycan İNTAS çərçivəsində İT layihəsi üzrə görüşdə iştirak edəcək

Telekommunikasiya Materials 21 Yanvar 2006 12:13 (UTC +04:00)

Azərbaycan mütəxəssisləri keçmiş SSRİ dövlətlərinin alimləri ilə əməkdaşlığa yardım Beynəlxalq Assosiasiyası (Intas - The International Association for the Promotion of Co-operation with Scientists from the New Independent States (NIS) of the Former Soviet Union) çərçivəsində həyata keçirilən İT layihəsi üzrə görüşdə iştirak edəcək. Rabitə və İnformasiya Texnologiyaları nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyaları mərkəzinin baş direktoru akademik Fikrət Əliyevin Trend ə verdiyi məlumata əsasən, tədbir fevralın 2-dən 6-dək Kiyevdə keçiriləcək.

Görüşdə İsveçrənin Çalmer İT universitetinin, Türkiyənin Mərsin universitetinin, Ukrayna Milli Elmlər Akademiyasının Mexanika institutunun və F.Əliyevin rəhbərliyilə Bakı Dövlət universitetinin Tətbiqi Riyaziyyat fakultəsinin mütəxəssisləri iştirak edəcək.

Onun sözlərinə görə, 2005-ci ilin aprelindən həyata keçirilən layihədə əsas məqsəd mexaniki və iqtisadi sistemlərdə optimal tənzimləyicilərin quraşdırılması və müasir İT texnologiyalarını tətbiq etməklə adı çəkilən məsələləri həll etməkdir.

Görüşdə 2005-ci il ərzində mütəxəssislər tərəfindən həyata keçirilmiş məsələlər və 2006-cı ildə layihə çərçivəsində reallaşdırılması planlaşdırılan tədbirlər müzakirə olunacaq.

Xeyriyyə təşkilatı İNTAS 1993-cü ildə Brüsseldə yaradılıb və Avropa Birliyinin çərçivə proqramları büdcəsindən və AB ölkələri tərəfindən könüllü ödənilən vəsait hesabına maliyyələşdirilir. Təşkilatın proqramları AB və MDB ölkələri üçün geniş tərkibdə ümumi tədqiqat problemlərinin həllinə yönəldilib. İTAS-a üzv öləkələr: Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İslandiya, İrlandiya, İtaliya, İspaniya, İsrail, Kipr Respublikası, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Finlandiya, Fransa, İsveç, İsveçrə, Çexiya, Estoniya, Avropa Birliyi; keçmiş SSRİ dövlətlərindən Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan.

Xəbər lenti

Xəbər lenti