...

Azərcell BM abunəçi şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 26 Yanvar 2006 14:21 (UTC +04:00)

Azərcell Telekom Azərbaycan-Türkiyə birgə müəssisəsi abunəçi şəbəkəsini genişləndirir və bununla əlaqədar tender elan edib. Trend in xəbər verdiyi kimi, tenderin keçirilməsində məqsəd GSM şəbəkəsinin genişləndirilməsi və abunəçilərin sayının 2 mln 500 min nəfərə çatdırılmasıdır.

Bu istiqamətdə işlərə baş stansiyada həcmin artırılması, Mobile SoftSwitch-in tətbiqi, GPRS sisteminin genişləndirilməsi, 528 ədəd radiobaza stansiyasının quraşdırılması və s. daxildir.

İşlər 1 il müddətində yerinə yetirməlidir. Tenderdə iştirakda maraqlı olan şəxslər 40 mln manat köçürməlidir. Tender təklifləri martın 9-da BM-də açılacaq.

Qeyd edək ki, hazırda Azərcell abunəçilərinin sayı 1 mln 741 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti