...

Ümumdünya Poçt İttifaqı ilə layihə çərçivəsində Bakıya poçt daşımaları üçün 7 avtomobil gətirilib

Telekommunikasiya Materials 27 Yanvar 2006 13:53 (UTC +04:00)

Ölkə daxilində poçt daşımalarında istifadə etmək məqsədilə Azərpoçt dövlət müəssisəsi üçün alınmış 7 avtomobil Bakıya gətirilib. Rabitə və İnformasiya Texnologiyaları nazirliyindən Trend ə verilən məlumata görə, gələn həftə nazirlik və KİV nümayəndələrinin iştirakı ilə bu maşınların müəssisəyə verilməsi mərasimi keçiriləcək.

Hazırda ölkə daxilində Bakı-Gəncə-Bakı, Bakı-Qəbələ-Bakı, Bakı-Horadiz-Bakı poçt daşımaları üzrə əsas, Gəncə-Qazax-Gəncə, Qəbələ- Balakən-Qəbələ isə köməkçi marşrutlardır.

Maşınlar BMT-nin İnkişaf Proqramı vasitəsilə Azərpoçt DM-ə

Layihənin ümumi dəyəri $137 mindir. Bu məbləğin 30 min dollarından çoxu ÜPİ-nin, yerdə qalan hissə isə nazirliyin payına düşür.

Analoji layihə keçən il ÜPİ ilə birgə NMR-in poçt rabitəsində həyata keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti