...

8 ay ərzində Azərphone Bakıda və ölkənin bir sıra regionlarında şəbəkə yaratmalıdır

Telekommunikasiya Materials 27 Yanvar 2006 14:03 (UTC +04:00)

2006-cı ilin 8 ayı ərzində Azərphone Bakıda, Abşeron yarımadasında və Gəncə, Mingəçevir, Əli Bayramlı və Quba rayonlarında şəbəkə yaratmalıdır. Rabitə və İnformasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun Trend ə verdiyi məlumata görə, bundan əlavə, ilin sonuna kimi 10 rayon mərkəzi, o cümlədən Bakı-Quba və Bakı-Gəncə magistral yolları da əhatə zonasına daxil edilməlidir.

Rabitə Nazirliyində dekabrın 28-də keçirilən kollegiyanın qərarına görə, Aztelekom (10%) İstehsalat Birliyinin təsisatçısı olduğu Azərphone (GSM -in operatoru) BM, Almaniyanın Siemens (30%) şirkətinə və iki Britanyia şirkətinə (60%), eləcə də Azərbaycan-Amerika BM Catel (operator CDMA)şirkətlərinə mobil rabitə xidməti göstərmək məqsədilə BM kimi fəaliyyət göstərmək üçün lisenziya ayrılıb.

Layihənin əsas tələbi 2 il ərzində Azərbaycan ərazisinin 85% -ni mobil rabitə ilə təmin etməkdən ibarətdir.

Yeni şirkətin telefon indeksi məsələsinə gəldikdə, İ.Məmmədov müəssisənin 51,52 və 60 indekslərini ala biləcəyinin mümkünlüyünü istisna etməyib.

Bundan əvvəl, rabitə naziri Əli Abbasov Siemens və Aztelekom arasında aparılan danışıqlar zamanı 2 il ərzində $300 mln investisiyanın qoyulmasının planlaşdırıldığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti