...

Ümumdünya Poçt İttifaqının layihəsi üzrə Azərpoçta 7 avtomobil verilib

Telekommunikasiya Materials 30 Yanvar 2006 16:19 (UTC +04:00)

Yanvarın 30-da Ümumdünya poçt ittifaqının layihəsi çərçivəsində BMT-nin (UN DP) İnkişaf Proqramı xətti ilə ölkə daxilində poçt daşımalarını həyata keçirmək Azərpoçt dövlət müəssisəsinə 7 avtomobil verilib. Trend in xəbər verdiyi kimi, yanvarın 30-da poçt daşımaları mərkəzində avtomobillərin Azərpoçta təhvil verilmə mərasimi keçirilib. Tədbirdə rabitə və informasiya texnologiaları nazirinin müavini İltimas Məmmədov, nazirliyin poçt şöbəsinin rəisi Novruz Məmmədov, Azərpoçtun baş direktoru Qəmbər Bəybalayev və strukturun digər nümayəndələri iştirak edib.

Layihənin dəyəri təxminən 112 min avrodur.

Bir avtomobil poçt daşımaları mərkəzindən hava limanına kimi, 2 avtomobil Bakı-Qazax-Bakı, 2 avtomobil Bakı-Astara-Bakı, digər 2 marşrut isə Bakı-Qusar-Bakı marşrutu ilə işləyəcək. Nəticədə Bakıda beynəlxalq poçt standartı (D-1) 80%-dən 90%-ə kimi, ölkə regionlarına çatdırılma standartı isə 78%-dən 85%-dək artacaq. Bundan başqa Bakı-Qazax-Bakı marşrutu üzrə poçtun Bakı mübadilə məntəqəsinə çatdırılma vaxtı saat 20:00-dan 16:00-dək azaldılacaq.

Analoji layihə 2005-ci ildə ÜPİ ilə birgə NMR-in poçt rabitəsində də həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti