...

Azercell Telecom 2 mln.-dan çox abunəçiyə texniki cəhətdən xidmət etməyə qabildir

Telekommunikasiya Materials 7 Fevral 2006 20:14 (UTC +04:00)

Azercell Telecom Azərbaycan-Türkiyə müştərək müəssisəsi (MM) 2 mln.-dan çox abunəçiyə texniki cəhətdən xidmət etməyə qabildir. Trend in məlumatına görə, fevralın 7-də müəssisənin rəhbəri Sərdar Canoğulları bu barədə jurnalistlərə bildirib.

Şirkətin 1 mln.-dan çox abunəçiyə xidmət etmək üçün az imkana malik olması barədə müxtəlif məlumatları şərh edərkən MM rəhbəri qeyd edib ki, bu, həqiqətə uyğun deyil və şirkət 2006-cı ildə abunəçi şəbəkəsinin artırılması istiqamətində işlər davam etdirilir və buna böyük həcmli investisiyalar yönəldiləcək.

MM həmin istiqamətdə işlərə başlayıb və artıq GSM şəbəkəsinin genişləndirilməsi və abunəçilərin sayının 2 mln. 500 minə çatdırılması üçün tender elan edib. İşlər əsas stansiyada tutumun artırılması, Mobile SoftSwitch-in tətbiqi, GPRS sisteminin genişləndirilməsi, ötürücülərlə birgə 528 radiobaza stansiyasının qurulması və s. daxildir.

İşlərin həyata keçirilməsi üçün 1 il müəyyən edilib. Tender prosedurası martın 9-da MM-də keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda mobil rabitəsi bazarının böyük hissəsini (80%) əhatə edən Azercell abunəçilərinin sayı 1 mln. 750 min təşkil edir.

Xəbər lenti

Xəbər lenti