...

Azərbaycanda Microsoftun nümayəndəliyinin rəsmi açılışının ilkin tarixi müəyynləşdirilib

Telekommunikasiya Materials 16 Fevral 2006 13:00 (UTC +04:00)

Fevralın sonunda Microsoft Azərbaycanda nümayəndəliyinin rəsmi açılış mərasimini keçirməyi planlaşdırır. Korporasiyanın rəsmi tərəfdaşı olan AZEL-dən (Azerbaijan Electronics) Trend ə verilən məlumata görə, nümayəndəliyin rəsmi açılışının ilkin tarixi fevralın 28-nə təyin olunub.

"Bəzi səbəblərlə əlaqədar tarixin dəyişdiriləcəyi istisna olunmur" - deyə şirkətdən bildirilib.

Microsoftun Azərbaycanda nümayəndəliyi faktiki olaraq yaradılıb və 3 nəfərdən ibarət işçi heyəti artıq fəaliyyət göstərir.

Korporasiyanın Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı məsələ 2005-ci ilin iyununda Microsoftun MDB ölkələrindəki tərəfdaşlarla biznesin inkişafı departamentinin nümayəndəsi Yuri Omelçenko tərəfindən qaldırılıb. Şirkət MDB ölkələrində, xüsusilə mütəxəssislər tərəfindən ümumi iqtisadi vəziyyətinin biznesin inkişafı üçün müsbət qiymətləndirildiyi Azərbaycanda biznesin inkişafına dair qərar qəbul edilib.

Bu, Qazaxıstan, Rusiya və Ukraynada nümayəndəlikləri olan şirkətin Zaqafqaziyada birinci ofisi olacaq.

Xəbər lenti

Xəbər lenti