...

Bakıda Azschool İnformasiya Sisteminin təqdimat mərasimi keçirilib

Telekommunikasiya Materials 17 Fevral 2006 18:11 (UTC +04:00)

Fevralın 17-də təhsilin idarə olunmasında IT texnologiyalarının tətbiqinə əsaslanan Azschool İnformasiya Sisteminin təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, bu barədə layihənin icraçısı olan Multimediya İnformasiya Sisitemləri və Texnologiyaları Mərkəzənin fevralın 17-də yaydığı məldumatında bildirilir.

Bu İnformasiya Sistemi Avrasiya Fondu tərəfindən dəstəklənən "Təhsilin inkişafının və təhsil sisteminin idarə edilməsinin innovativ modelinin yaradılması" Layihəsi çərçivəsində Multimedia Mərkəzi tərəfindən hazırlanıb.

Layihənin rəhbəri, Multimediya Mərkəzinin direktoru Osman Gündüz iştirakçıları pilot layihə kimi 282 saylı məktəbdə reallaşdıraln bu sistemin təhsilin idarə olunmasında üstünlükləri barədə məlumatlandırıb.

Təqdimat mərasimsində Təhsil Nazirliyinin, bir sıra dövlət strukturlarının və ictimai təşkilatların və digərlərin nümayəndələri iştirak edib.

Məlumatda həmçinin, Azschool sisteminin Təhsil Nazirliyinə digər məktəblərdə də tətbiq olunması üçün təqdim olunacağı bildirilir.

Xəbər lenti

Xəbər lenti