...

Azərbaycanın ÜDM strukturunda rabitə sektorunun payı 2,4% təşkil edib

Telekommunikasiya Materials 20 Fevral 2006 11:20 (UTC +04:00)

2005-ci ildə Azərbaycanın ÜDM strukturunda rabitə sektorunun payı 2,4% təşkil edib. Trend in xəbər verdiyi kimi, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirlikdə 2005-ci ilin yekunları üzrə keçirilmiş kollegiyada məlumat verib.

Onun sözlərinə görə, bu dövr ərzində telekommunikasiya sahəsində gəlirlərin artım tempi 36%-ə bərabər olub və 437,2 mln manat məbləğində gəlirin 75,8%-i özəl sektorun payına düşüb.

Bu dövr ərzində 7,3 mln manat (5,2%) həcmində əlavə gəlir əldə olunub. İnternet istifadəçilərinin sayı isə 400-500 min nəfərə çatıb.

2005-ci ildə 57 radio-televiziya stansiyası, 137 yeni poçt bölmələri istismara verilib, Dünya bankı ilə birgə Azərbaycanda poçt şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsinə başlanıb və s.

Lakin bu nailiyyətlərlə yanaşı poçt bölmələrində təqaüdlərin verilməsi, texniki xidmət, telefon xətlərinin çəkilməsi, beynəlxalq və şəhərlərarası danışıqlarla bağlı bir sıra çatışmazlıqlar mövcuddur", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti