...

Bakıda və onun ətraf qəsəbələrində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tender elan edilib

Tender müsabiqələri Materials 14 Avqust 2013 13:26 (UTC +04:00)
Bakı Şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Bakı şəhəri ərazisində, həmçinin onun qəsəbə və kəndlərində yolların əsaslı təmiri və yol infrastrukturunun kompleks şəkildə həll edilməsi ilə bağlı tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının "Respublika" qəzetində dərc etdiyi məqaləsində bildirilir.

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir E. Əliyev/

Bakı Şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Bakı şəhəri ərazisində, həmçinin onun qəsəbə və kəndlərində yolların əsaslı təmiri və yol infrastrukturunun kompleks şəkildə həll edilməsi ilə bağlı tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının "Respublika" qəzetində dərc etdiyi məqaləsində bildirilir.

Məlumatda bildirilir ki, tenderdə iştirak haqqı 100 manat təşkil edir

Tender təklifləri, o cümlədən tender təklifinin qiymətinin iki faizi məbləğində bank təminatı 24 sentyabr 2013-cü il saat 17:00-dək Tender Komissiyasına təqdim edilməlidir.

Tender təklifləri 25 sentyabr 2013-cü il saat 16:00-da departamentin inzibati binasında (Bakı ş, N.Yusifbəyli, 73) açılacaq.

Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:

Əlaqələndirici şəxs: Mehman Abasov

Tel.: 465 6229.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti