...

Azərbaycan rayonlarından birində avtomobil yollarının əsaslı təmiri üzrə tender elan edilib

Tender müsabiqələri Materials 14 Noyabr 2013 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Əliyev/

Neftçala rayon İcra Hakimiyyəti bir neçə lot üzrə tender elan edib. Bu barədə Tender Komissiyasının cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, 1№ li lot rayon ərazisində abadlıq işlərinin aparılmasını, 2№-li lot isə rayondakı avtomobil yollarının əsaslı təmirini nəzərdə tutur.

Məlumata görə, tenderdə iştirakın dəyəri 1-ci lot üzrə 90 manat, ikinci lot üzrə isə 150 manatdır.

Zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olacaq və dəyərinin 1 faizi həcmində bank təminatına malik tender təklifi 2013-cü il 25 dekabr, saat 17.00-dan gec olmayaraq komissiya tərəfindən qəbul ediləcək.

Tender təkliflərinin açılışı 2013-cü il dekabrın 26-da saat 11.00-da olacaq.
Əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar: Neftçala şəhəri, H.Əliyev pr., 32;
telefon: 0-2126-3-42-36.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti