...

Azərbaycanda sənaye parkı üçün elektrikötürücü xətlərin tikintisi üzrə tender elan edilib

Tender müsabiqələri Materials 26 Avqust 2014 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Emil İsmayılov/

"Təmiz Şəhər" ASC Balaxanı Sənaye Parkı üçün daxili elektrikötürücü xətlərin (EÖX) tikintisi üzrə tender elan edib. Trend xəbər verir ki, bu barədə tender komissiyasının rəsmi mətbuatda dərc etdirdiyi məlumatda deyilir.

Tenderdə iştirak etmək istəyənlər ərizə və digər sənədləri bu il 15 sentyabr saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifləri 2014-cü il 23 sentyabr saat 17:00-dək təqdim edilməlidir. Tender təkliflərinin açılışı 24 oktyabr saat 17:00-da keçiriləcək.

Tenderdə iştirakın dəyəri 300 manatdır.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Bakı, Xocalı prospekti, 55; telefon: (+994 12) 464 41 11; əlaqələndirici şəxs: Fərhad Kəlbiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti