...

Azərbaycanın Abşeron rayonunda uşaq bağçalarının tikintisi üzrə tender elan edilib

Tender müsabiqələri Materials 29 Avqust 2014 10:53 (UTC +04:00)
Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində uşaq bağçalarının tikintisi üzrə açıq tender elan edib.

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/

Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində uşaq bağçalarının tikintisi üzrə açıq tender elan edib. Trend xəbər verir ki, bu barədə Tender komissiyasının cümə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tender altı lotdan ibarətdir: Masazır kəndində, Xırdalan şəhərində (26-cı məhəllənin ərazisində), Novxanı kəndində, Aşağı Güzdək və Hökməli qəsəbələrində, Xırdalan şəhərində uşaq bağçası-körpələr evlərinin tikintisi.

Hər bir lot üzrə tenderdə iştirakın dəyəri 50 manatdır.

Dəyərinin bir faizi məbləğində bank zəmanəti ilə tender təklifləri komissiyada 30 sentyabr saat 17.00-dan gec olmayaraq qəbul edilir. Təkliflərin açılışı 1 oktyabr saat 11.00-da olacaq.

Aşağıdakı əlaqələr üzrə əlavə məlumat almaq mümkündür:

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7;

Əlaəqləndirici şəxs: F.Əliyev;

telefon: 342-40-00.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti