...

"Azərikimya" tender elan edir

Tender müsabiqələri Materials 6 Noyabr 2014 19:15 (UTC +04:00)
“Azərikimya” İstehsalat Birliyi “İstehsalat tullantı sularının təmizləmə qurğusu”nun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satınalınması məqsədilə açıq müsabiqə elan edir.
"Azərikimya" tender elan edir

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

"Azərikimya" İstehsalat Birliyi "İstehsalat tullantı sularının təmizləmə qurğusu"nun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satınalınması məqsədilə açıq müsabiqə elan edir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, müsabiqədə Azərbaycan Respublikasının qanunları və ARDNŞ-nin daxili sənədlərinə əsasən, iqtisadi əlaqələr yaradılmasına icazə verilməyən və müsabiqənin əsas şərtlər toplusunda göstərilən ölkələrdən olan malgöndərənlər (podratçılar) istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxs, yaxud hüquqi şəxslər birliyi (konsorsiumu), dövlət mənsubiyyətindən asılı olmayaraq iddiaçı kimi iştirak edə bilərlər. Müsabiqədə kimya sənayesində əmələ gələn çirkab suların təmizlənməsi qurğularının baza layihəsinin hazırlanması, təchizatı və tikintiyə nəzarət üzrə təcrübəsi olan və ən azı 2 layihə tamamlamış, habelə texniki və maliyyə imkanları, işçi qüvvəsi olan iddiaçılar iştirak edə bilərlər.

"İddiaçı" statusu almaq və müsabiqədə iştirak etmək üçün müsabiqə təklifi (zərflərinin açıldığı gündən sonra azı 90 bank günü qüvvədə olmalıdır) ilə yanaşı, bir sıra sənədlər "Azərikimya" İB-yə təqdim edilməlidir.

Müsabiqədə iştirak ödənişsizdir. İddiaçılar öz təkliflərinin hazırlanması və təqdim edilməsi ilə əlaqədar bütün məsrəfləri, həmçinin müsabiqə təklifi və ya təkliflə əlaqədar hər hansı digər xərcləri özü çəkəcək.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Respublikası, AZ 5000, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86, "Azərikimya" İB-yə və ya [email protected] elektron poçt ünvanına yazılı müraciət edərək Azərbaycan və ya ingilis dilində olan əsas şərtlər toplusunu əldə edə bilərlər.

Müsabiqə üzrə əlaqələndirici şəxs: Nəsimi Aslanov
Satınalmalar və təchizat şöbəsinin eksperti
[email protected]
Telefon: (+994 12) 521 25 22; Faks: (+994 12) 521 25 71

İddiaçılar müsabiqə təkliflərini Azərbaycan və ya ingilis dilində hazırlamalı, üç nüsxədə (bir əsli, iki surəti) ayrı-ayrı möhürlənmiş ikiqat zərfdə bağlanmış şəkildə 22 dekabr 2014-cü il tarixinədək, Bakı vaxtı ilə saat 18:00-dan (GMT+4) gec olmayaraq Azərbaycan Respublikası, AZ 5000, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86 ünvanına təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

"Azərikimya" İB-nin əsas şərtlər toplusuna əlavə və düzəlişlər etmək, müsabiqə təkliflərinin qəbulu müddətini uzatmaq, həmçinin bütün müsabiqə təkliflərini rədd etmək hüququ var.

Zərflərin açılması 23 dekabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 11:00-da Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86 ünvanında, "Azərikimya" İB-nin inzibati binasında, 1-ci mərtəbəsindəki akt zalında (zərflərin "Azərikimya" İB-yə daxil olma sıra ardıcıllığı ilə) həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti