...

Vergilər Nazirliyi təkliflər sorğusu keçirir

Tender müsabiqələri Materials 12 Mart 2015 18:31 (UTC +04:00)
Vergilər Nazirliyi lisenziyaların satın alınması üçün təkliflər sorğusu keçirir.
Vergilər Nazirliyi təkliflər sorğusu keçirir

Azərbaycan, Bakı, 12 mart /Trend/

Vergilər Nazirliyi lisenziyaların satın alınması üçün təkliflər sorğusu keçirir.

Tender Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Vergilər Nazirliyi nazirliyin server otağında şəbəkə və əməliyyat sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz), nazirliyin məlumat bazalarının, arxiv sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz), AVİS altsistemlərinin, internet vasitəsilə verilən xidmətlərin və vergi orqanlarının digər qurumlarla inteqrasiyası sisteminin dəstəklənməsinin, Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) dəstəklənməsinin və inkişafının, elektron imza sisteminin dəstəklənməsinin, AVİS altsistemlərinin, İnternet Vergi İdarəsi, Axtarış & Hesabat və digər proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsinin və AVİS-in fəaliyyətinin təmin edilməsi üzrə zəruri olan lisenziyalarının satın alınması üçün təkliflər sorğusu keçirir.

Maraqlananlar 29 mart 2015-ci il tarixədək müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Gülbahar Qasımova (tel.: 012 403-87-91)

Ünvan: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16

Məqalədə:
Xəbər lenti

Xəbər lenti