...

Liviya sahillərində 28 miqrant susuzluqdan və aclıqdan qayıqda ölüb

Tender müsabiqələri Materials 18 Aprel 2017 21:41 (UTC +04:00)
Liviyanın Sabrat şəhərinin sahilində balıqçılar qayıqda 28 qeyri-leqal miqrantların cəsədini aşkar ediblər
Liviya sahillərində 28 miqrant susuzluqdan və aclıqdan qayıqda ölüb

Bakı. Trend:

Liviyanın Sabrat şəhərinin sahilində balıqçılar qayıqda 28 qeyri-leqal miqrantların cəsədini aşkar ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, miqrantlar aclıqdan və susuzluqdan ölüblər.

DİN rəsmisinin sözlərinə görə: "Qayığın mühərrikinin sıradan çıxması səbəbi ilə onalr dənizin ortasında qalıblar".

Qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsi ilə Avropaya düşmək istəyən qeyri-leqal miqrantlar üçün əsas tranzit məntəqəsi sayılır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Liviya sahillərində azı 650 miqrant həlak olub və ya itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti