...

Deputat: " Azərbaycanda 2008-ci ildə gözlənilən inflyasiyanın səviyyəsi ölkənin inkişaf edən iqtisadiyyatı üçün təhlükəli deyil"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 17:59 (UTC +04:00)
Deputat: " Azərbaycanda 2008-ci ildə gözlənilən inflyasiyanın səviyyəsi ölkənin inkişaf edən iqtisadiyyatı üçün təhlükəli deyil"

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda 2008-ci ildə 13 faiz səviyyəsində gözlənilən inflyasiya ölkənin inkişaf edən iqitisadiyyatı üçün təhlükəli deyil. Bu barədə çərşənbə günü iqtisadi siyasət üzrə parlament komissiyasının sədr müavini Azər Əmiraslanov bildirib.

"İnflyasiyanın səviyyəsi əsas problem deyil. Əsas odur ki, ölkədə inflyasiya tənzimlənən səviyyədə olsun. Bu da düzgün makroiqtisadi siyasətin həyata keçirilməsi nəticəsində mümkündür",-deyə Əmiraslanov söyləyib.

Millət vəkilinin fikrincə, hökumət inflyasiyanın artması ilə bağlı problemin həllinə, digər iqtisadi problemlərin həllini kənarda qoymamaq üçün, kompleks yanaşmalıdır.

Əmiraslanov söyləyib ki, ölkədə inflyasiyanın artımına təsir göstərən amillər sırasında xarici amilləri (dünya bazarında neftin qiymətinin artması) qeyd etmək lazımdır ki, bundan da biz sığortalana bilmərik.

Neft gəlirlərinin artması, pul kütləsinin axını və böyük həcmdə valyuta inflyasiya potensilaı yaradır. Əmraslanov hesab edir ki,Azərbaycan Milli Bankın manatın möhkəmləndirilməsi üçün valyuta müdaxiləsi də ölkədə inflyasiyanın artması üçün əlavə potensial yaradır. (Valyuta müdaxiləsi - Mərkəzi Bankın milli valyutanın məzənnəsinin qorunması məqsədilə, milli valyutanın alınması və satışı üzrə əməliyyatı)

Neftin qiymətinin artımı ilə yanaşı, inflyasiyaya taxılın qiymətinin artması da təsir edir. Məlumdur ki, Azərbaycan taxılı, əsasən, Rusiya, Qazaxıstan və Ukraynadan idxal edir. Son aylarda isə, bu ölkələrin hamısında taxılın qiymətinin artması müşahidə olunur ki, bu da Azərbaycanda istehlak qiymətlərinin artmasına təsir edir.

Azərbaycanda taxıla illik tələbat 3 mln. ton təşkil edir ki, bunun da 1 mln. tonu idxal olunur.

Əgər 2008-ci ildə, 2007-ci ilin əvvəlində olduğu kimi, kommunal xərclər və enerji daşıyıcılarının qiymətləri artmasa, inflyasiya birrəqəmli ola bilər, lakin yenə də gələn il üçün real proqnoz 13 faizdir,-deyə Əmiraslanov söyləyib.

Beynəlxalq Valyuta Fondu 2008-ci ildə Azərbaycanda ÜDM artımını 2007-ci ildəki 29,3 faizə qarşı 23,3 faiz proqnozlaşdırır. BVF 2008-ci ildə Azərbaycanda inflyasiyanın, 2007-ci ildəki 16,6 faizə qarşı, 17 faiz olacağını proqnozlaşdırır.

2008-ci ildə Azərbaycanın cari ödəmə balansının, ÜDM-ə nisbətdə 2007-ci ildəki 31,4 faizə qarşı, 39,9 faiz olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti