...

Səhiyyə Nazirliyi Azərbaycanda anomal istilərlə əlaqədar günvurma hallarının olduğunu qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Səhiyyə Nazirliyi iyulda ölkə ərazisində müşahidə edilən anomal istilərlə əlaqədar günvurma hallarının olduğunu qeyd edir.

Nazirliyin mətbuat xidməti məlumat verir ki, iyulun 18 - dən 27- dək günvurmadan zərər çəkmiş 12 nəfər təcili tibb xidmətinə müraciət edib. Onlardan beşi ürəkbulanması, baş ağrısı və ürəkkeçmədən şikayət edib. Zərərçəkənlərin bir hissəsi xəstəxanalarda yerləşdirilib, digərlərinə operativ tibbi xidmətlər göstərilib. Zərərçəkənlərin əksəriyyətini 17-35 yaşlı kişilər təşkil edir.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin proqnozlarına əsasən, iyulun 24 - dən başlayaraq, ölkə ərazisində anolam istilər müşahidə olunur. Bakı və Abşeron yarımadasında havanın maksimal hərarəti 37-39 dərəcə təşkil edir, bəzi yerlərdə 40 dərəcəyə, Naxçıvan Muxtar Respublikası ərazisində isə, 38-42 dərəcəyə çatır.

Xəbər lenti

Xəbər lenti