...

Bu il BƏƏ prezidentinin Türkmənistana səfəri gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2009 12:59 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 08 yanvar/ Trend , müxbir E.Həsənov/ Birləşmiş Ərəb Əmirlikləri prezidenti şeyx Xəlifə bin Zayed Əl-Naxayanın bu il Türkmənistna gözlənilən səfəri konstruktiv dövlətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində yeni addım olacaq. Bu barədə "Turkmenistan-4" milli telekanalı dünən BƏƏ-nin iqtisadiyyat naziri Sultan Sayed Məhəmməd bin Nassir Əl-Mansurini qabul edən Türkmənistan prezidenti Qurbanqul Berdiməhəmmədovun sözlərinə istinadən xəbər verib.

Tərəflər energetika, tikinti, nəqliyyat, həmçinin "Türkmənistanın bu gün xüsusi olaraq sərmayə yatırdığı" istirahət və turizm sahəsində qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Berdiməhəmmədov yaradılması iki dövlət münasibətlərinin dinamikası ilə diktə olunan ikitərəfli hökumətlərarası komissiyanın rolu barədə qeyd edib.

BƏƏ-nin yüksək səviyyəli məmuri bildirib ki, ölkəsinin işgüzar elitası yeni birgə layihələrdə hər bir iştirak imkanlarını nəzərdən keçirəcək. Onun fikrincə, Xəzərin ekoloji cəhətdən təmiz sahilində gələcəyin beynəlxalq sinifli dəniz kurort zonası - "Avaz" milli turizm zonasının investisiya layihəsi daha çox maraq doğurur.

"BƏƏ şirkətləri turizm və xidmət sahələrində sanballı təcrübəyə malikdirlər və bu təcrübəni öz türkmən tərəfdaşlarına təqdim etməkdən məmnun olarlar", - deyə Xəzəryanı Türkmənbaşı şəhərinə baş çəkmək niyyətində olan nümayəndə heyətinə başçılıq edən Əl-Mansuri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti