...

AİB Azərbaycanda su təchizatı sisteminin bərpası üçün 600 milyon dollar ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2009 15:59 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası çərşənbə günü ölkənin su təchizatı və kanalizasiya sisteminin bərpası üçün Azərbaycana 600 milyon dollar həcmində multitranş maliyyələşmə imkanı yaradıb.
AİB Azərbaycanda su təchizatı sisteminin bərpası üçün 600 milyon dollar ayırıb

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir N.İsmayılova /

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası çərşənbə günü ölkənin su təchizatı və kanalizasiya sisteminin bərpası üçün Azərbaycana 600 milyon dollar həcmində multitranş maliyyələşmə imkanı yaradıb. Bu barədə çərçənbə günü AİB-dən yayılan məlumatda deyilir.

"İnvestisiya proqramı şəhərlərdə və Bakı ətrafı qəsəbələrdə 500 000 insan üçün suyun verilməsi və təmizlənməsi prosesinin keyfiyyətini yaxşılaşdıracaq", - bankın Mərkəzi və Qərbi Asiyada şəhər xidməti üzrə direktoru Metyu Vestfol deyib.

Məlumatda deyildiyi kimi, multitranş maliyyəşmə AİB və ölkə hökuməti arasında səkkiz illik əməkdaşlıq üçün əsas olacaq. İlkin tranş su təchizatı sisteminin inkişafı və bərpası, planlaşdırmanın genişlənməsi, Naxçıvan və Göyçay şəhərlərində layihənin idarəsi üzrə ofislərin yaradılmasına, növbəti tranş isə digər şəhərlərdə bənzər fəaliyyətin həyata keçirilməsinə yönəldiləcək.

İnvestisiya proqramı su və sanitar xidmət idarələrinin iş metodlarının dəyişilməsini təmin edəcək. Su sayğaclarının qurulması öz növbəsində xidmət təchizatçılarının maliyyə baxımından həyat qabiliyyətini yaxşılaşdıracaq, - AİB layihəsinin rəhbəri Şakil Xan deyib. Proqram əhalinin səhhətinə müsbət təsir göstərəcək və sudan yaranan xəstəliklər azalacaq.

AİB-in ilk tranşı 75 milyon dollar təşkil edir və 24 il müddətinə təqdim ediləcək. Azərbaycan hökumətinin bu layihədə iştirakı 25 milyon dollardır. "Azərsu" SC layihə üzrə icraedici agentlik qismində çıxış edəcək. Naxçıvanda isə bu vəzifəni Meliorasiya və Su Təsərrüfatı Dövlət Agentliyi icra edəcək.

"Azərsu" SC-nin layihə üzrə məsləhətçisi AICO Consulting Ltd/European Consultans Organization konsorsiumudur. Məsləhətçi işin detallaşdırılması çərçivəsində üçillik plan hazırlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti