...

Gədəbəy rayonunun inkişafı üçün prioritet istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2011 17:59 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsi vasitəsilə Gədəbəy rayonunun inkişafını dəstəkləyib.
Gədəbəy rayonunun inkişafı üçün prioritet istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsi vasitəsilə Gədəbəy rayonunun inkişafını dəstəkləyib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Milli Fond iki layihənin maliyyələşdirilməsinə 4,7 milyon manat təqdim edib. İllik istehsal gücü 12.8 mln. litr olan müasir tələblərə cavab verən mineral su və limonad istehsalını nəzərdə tutan bir layihənin dəyəri 2,8 milyon manatdır. Ümumi tutumu 10 min ton olan soyuducu anbar kompleksinin yaradılması, gündəlik 10 ton süd və 10 ton kartof emalı sahəsinin yaradılması üzrə ikinci layihənin dəyəri 4,1 milyon manat qiymətləndirilir.

Bu layihələrin həyata keçirilməsi Gədəbəy rayonunda 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

2010-cu il avqustun 20-də ölkənin Gədəbəy rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha effektiv istifadə edilməsi məqsədilə danışıqlar aparılıb. Nəticədə Gədəbəy rayonunun iqtisadiyyatının inkişafı üçün aşağıdakı prioritetlər müəyyən edilib: kartof saxlanılması üçün gücü 5 min ton olan soyuducu anbar kompleksinin tikilməsi, təbii suların müasir standartlara uyğun qablaşdırılması, süd və kartof emalı, çörək istehsalı müəssisələrinin yaradılması, meyvə emalı üzrə kiçik və ya orta həcmli müəssisələrin yaradılması və arıçılığın inkişaf etdirilməsi (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması).

Xəbər lenti

Xəbər lenti