...

Azərbaycan iqtisadiyyatı dünya maliyyə böhranına baxmayaraq, uğurla inkişaf edib - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 14:59 (UTC +04:00)
2004-cü ildən 2010-cu ilədək Azərbaycanın ÜDM-i üç dəfə artıb.
Azərbaycan iqtisadiyyatı dünya maliyyə böhranına baxmayaraq, uğurla inkişaf edib - nazir

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Bədəlova/

2004-cü ildən 2010-cu ilədək Azərbaycanın ÜDM-i üç dəfə artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üçüncü iclasında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

"Göstərilən müddətdə ölkənin qeyri-neft sektoru iki dəfə, neft sektoru 4,8 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, xərcləri 9,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 18,2 dəfə artıb. Yoxsulluğun səviyyəsi 4,9 dəfə azalıb", - nazir bildirib.

Mustafayev qeyd edib ki, dünya maliyyə böhranına baxmayaraq, 2009-cu ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib və ÜDM-in 9,3 faiz səviyyəsində artımı müşahidə olunub.

Nazirin sözlərinə görə, böyük karbohidrogen ehtiyatlarına malik Azərbaycan iqtisadiyyatının inkişaf lokomotivi neft-qaz sektorudur.

"Ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunda daha çox sahibkarlığın, biznesin inkişafına, ölkənin investisiya mühitinin daha da yaxşılaşdırılmasına diqqət yetirilir", - Mustafayev vurğulayıb.

2010-cu ildə ölkə ÜDM-i 5 faiz, sənaye istehsalı 2,1 faiz, əhalinin gəlirləri 13,3 faiz artıb.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 34,2 milyard dollardır.

Xəbər lenti

Xəbər lenti