...

Son 15 ildə Azərbaycanın ÜDM-i 5,7 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2011 21:06 (UTC +04:00)
Son 15 ildə Azərbaycanın ÜDM-i 5,7 dəfə artıb ki, bu da ölkəni iqtisadiyyatının inkişaf tempinə görə liderlərdən biri edir.
Son 15 ildə Azərbaycanın ÜDM-i 5,7 dəfə artıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir N.İsmayılova/

Son 15 ildə Azərbaycanın ÜDM-i 5,7 dəfə artıb ki, bu da ölkəni iqtisadiyyatının inkişaf tempinə görə liderlərdən biri edir. Trend-in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov "Müstəqillik illərində Azərbaycan iqtisadiyyatı" konfransında deyib.

Onun sözlərinə görə, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2,8 dəfə artıb. Əsas kapitala investisiyalar 1995-ci ildən 44 dəfə artaraq 10 milyard dollara çatıb.

"Azərbaycan iqtisadiyyatının orta illik artımı 14 faizdir, iqtisadiyyatın qeyri-neft sektorunun artımı isə 9 faizdir, istehlak qiymətləri indeksi isə birrəqəmli səviyyədə qalır", - İqtisadi İnkişaf Nazirliyi nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti