...

2012-ci ildə Azərbaycana ərəb ölkələrindən turistlərin axını artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir A.Axundov/

2012-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqaməti daxili turizmin inkişafı olaraq qalacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

"Son vaxtlar daxili turizm yaxşı inkişaf edib və onun inkişafı 2012-ci ildə də prioritet olaraq qalacaq. Ümumilikdə, mən 2011-ci ildə Azərbaycanda turizm sektorunun inkişafını müsbət qiymətləndirirəm", - İsmiyev deyib.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun cümə günü Trend-ə dediyi kimi, 2011-ci ilin "Turizm ili" elan edilməsi ölkədə daxili turizmin inkişafına yaxşı təkan verdi.

"İl çox səmərəli keçdi, hamı, o cümlədən bu sahənin işçiləri bu inkişafı hiss etdilər", - Bağırov bildirib.

Onun sözlərinə görə, xarici turistlərin Azərbaycana marağı ildən-ilə artır.

"2011-ci ildə Azərbaycanda xarici turistlərin sayı 10 faizdən çox artıb. 2012-ci ildə bu göstərici daha 20-30 faiz artacaq. Təbii ki, bu ilin mayında "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi də öz rolunu oynayır", - Bağırov deyib.

2012-ci ildə ərəb ölkələrindən turist axınının artacağı da gözlənilir ki, bu da "Qatar Airways" şirkəti tərəfindən Doha ilə (Qətər) birbaşa reysin açılması ilə əlaqədardır.

"Bu istiqamətin açılması təkcə azərbaycanlı turistlər üçün deyil, həmçinin Azərbaycana, xüsusilə, Qətər, Səudiyyə Ərəbistan, Küveyt və başqa ərəb ölkələrindən turist axını üçün də əlavə imkanlar yaradır", - Bağırov deyib.

Onun sözlərinə görə, eləcə də "Şahdağ" Yay-Qış Turizm Kompleksinin bir hissəsinin istismara verilməsi də öz rolunu oynayır.

Xəbər lenti

Xəbər lenti