...

Novruz bayramı ilə əlaqədar Bakıda təşkil olunacaq satış yarmarkalarının ünvanları açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 18:59 (UTC +04:00)
Novruz bayramı ilə əlaqədar Bakıda təşkil olunacaq satış yarmarkalarının ünvanları açıqlanıb.
Novruz bayramı ilə əlaqədar Bakıda təşkil olunacaq satış yarmarkalarının ünvanları açıqlanıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən sahibkarlarla birlikdə Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil ediləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yarmarkalar 10-20 mart 2012-ci il tarixlərində aşağıdakı ünvanlarda təşkil olunacaq:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;
- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə;
Xətai rayonu
- "Bakı" kinoteatrının yanı;
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;
Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi;
- 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi;
Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Qaraçuxur qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;
Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı;
Sabunçu rayonu
- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol Vağzalının yanı.

Xəbər lenti

Xəbər lenti