Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Ə.Həsənov/
İyunun 4-də Andorranın xarici işlər naziri Gilbert Saboya Sunyenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya rəsmi səfəri çərçivəsində iki ölkənin iş adamlarının görüşü keçiriləcək. Bu barədə cümə günü Trend-ə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.
Andorranın nümayəndə heyətinin tərkibinə nəqliyyat, logistika, turizm, bank, mühəndislik, tullantıların idarə olunması və digər sahələrdə fəaliyyət göstərən biznes nümayəndələri daxildir.
"Bu, Andorranın iş adamlarının nümayəndə heyətinin Azərbaycana ilk səfəridir", - Fonddan deyiblər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin yekunları üzrə Azərbaycanla Andorra arasında mal dövriyyəsi 240 milyon dollara yaxın təşkil edib. 2010-cu illə müqayisədə bu göstərici təxminən beş dəfə azalıb.