...

Yeni Nissan Sentra daha parlaqdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 11:59 (UTC +04:00)
Nissan Yaxın Şərqdə premium kompakt sedanda yeni ad olan Nissan Sentra avtomobilini təqdim etdi.
Yeni Nissan Sentra daha parlaqdır (FOTO)

Nissan Yaxın Şərqdə premium kompakt sedanda yeni ad olan Nissan Sentra avtomobilini təqdim etdi.

Tədbirə dəvət olunmuş 100-ə yaxın VIP qonaq və media nümayəndələri BƏƏ, Dubayın mərkəzində innovativ və məftunedici Nissan Sentra modeli ilə tanış oldular. Belə ki, Sentra-nın bir çox texnologiyaları seqmentinin başqa avtomobillərində rast gəlinmir.

Nissanın Yaxın Şərq üzrə baş meneceri Atsuo Kosaka yeni modellə bağlı çıxışında bunları deyib: "Geniş və mükəmməl avtomobil Nissan Sentra alıcılarına "daha parlaq olmaq" imkanı vəd edir. Nissan Sentra-nın cazibədar dizaynı, salonunun genişliyi, seqmentinə meydan oxuyan xüsusiyyətləri kompakt sedan anlayışını bir az mürəkkəbləşdirir. Biz inanırıq ki, Nissan Sentra güclü rəqabət gedən bazarda Nissan-ın mövqeyini daha da möhkəmləndirəcək.

• Nissan Sentra Nissanın son 12 ay ərzində təqdim etdiyi 5-ci avtomobildir
• Nissan Sentra Yaxın Şərqdə kompakt sedan seqmentində yam yeni addır. Bu Nissanın qlobal sedan sırasının 13-cü nümayəndəsidir.
• 2013-cü il Fevral ayının əvvələrindən Yaxın Şərqdə satışlarına start veriləcək.
• Heyranedici dizayn, arxa və ön LED işıqlar, yüksək səviyyəli interyer
• Seqmentində ən geniş ayaq yeri və yük yeri
• İki zonalı klimat-kontrol (hava nəzarəti), intelektual açar və arxa görüntü kamerası.
• 1.6 litr və 1.8 litr üçün müvafiq olaraq 100 km-ə 6.2 və 6.7 litr yanacaq istifadə etməklə seqmentinin ən qənaətcil avtomobili olması.
• Effektiv 1.6 litr və 1.8 litrlik mühərriki və optimal performans təminatı yeni nəsil Xtronic CVT®
• Bluetooth® və peyk naviqasiyası ilə problemsiz əlaqə

Nissan Sentra daha böyük avtomobil ilə sürücülük səriştəsinin, seqmentində birinci dəfə rast gəlinən "estetik sürücülük" anlayışının unikal kombinasiyasıdır. Kompakt sedanda yeni ad olan Nissan Sentra yüksək dəyərli seçimdir.

Cazibədar dizayn - Kompakt Sedan seqmentində rəqib avtomobillərlə müqayisədə yeni Nissan Sentra daxili və xarici dizaynına böyük diqqət ayrılıb. Zahirən xarakteristik xətlərlə yaxşı tənzimlənmiş eksteryerin nisbəti və yonulmuş panellər interyerdə də özünü göstərən "peşəkar" hissini yaradır. Rahat oturacaqlar, yüksək keyfiyyətli material və müasir kabina dizaynının zəngin texnologiya və xüsusiyyətlərlə kombinasıyası sürücü və ya sərnişin tərəfindən avtomobilə daxil olan kimi hiss olunur.

Ağlagəlməz genişlik - Nissan Sentra seqmentinin nümayəndələrindən ən geniş interyeri ilə fərqlənir. Orta ölçülü sedan seqmentinə uyğun modellər arasında ən geniş ön və arxa hissədə bütün sərnişinlər rahatlığı hiss edə bilərlər. Sentra sahibinə həmçinin sinfinin və orta ölçülü sedan seqmentinin ən böyük yük hissəsi olan 510 litrlik yük yeri də təklif edir.

Seqmentindəki digər avtomobillərdən fərqlənən xüsusiyyətləri
Nissan Sentra yüksək səviyyəli daxili və xarici dizayn standartlarına diqqət ayırıb. Arxa sərnişin havalandırma sistemi ilə avtomatik iki zonalı klimat- kontrol sistemi, naviqasiya sistemi, arxa görüntü kamerası, mühərriki məsafədən işə salan intelllektual açar və start/stop düyməsi, dəri oturacaqlar Sentra-nın seqmentində təqdim etdiyi bəzi funksiyalardı. Bütün versiyalar yumşaq interyer üçün olan standart avadanlıq, iki hava yastığı, ABS (tormozların antibloklanma sistemi ), EBD (tormoz gücünün elektrik paylanma sistemi) və BA (Gücləndirilmiş Əyləc) ilə geniş etibarlı avadanlıqla təchiz edilmişdir.

Yeni Nissan Sentra tezlikə bütün Nissan satış mərkəzlərində avtomobil sevərlərə təqdim olunacaq.

NISSAN. Həyəcanlandıran İnnovasiyalar.

"NURGÜN Motors" MMC şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzdə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərləində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlarda alınan hər bir avtomobilə 4 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
Poçt indeksi: AZ 1029
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2
Telefonlar: (+994 12) 448 38 38, 430 90 90
Faks: (+994 12) 447 46 87
Bölgələrdə
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 56 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
Quba şəhəri, H.Əliyev pr. 33-cü məhəllə
Telefon: (+994 23) 5 61 57
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti