...

Qazax Konserv Zavodu müxtəlif çeşidli kartof məhsullarının istehsalına başlayır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2013 13:11 (UTC +04:00)
"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən Qazax Konserv Zavodunda yeni kartof məhsulları istehsal xətti quraşdırılır.
Qazax Konserv Zavodu müxtəlif çeşidli kartof məhsullarının istehsalına başlayır (FOTO)

Azərbaycan, Bakı, 2 fevral /Trend/

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən Qazax Konserv Zavodunda yeni kartof məhsulları istehsal xətti quraşdırılır. Zavodda cipsi, donmuş kartof, "fast-food"lar üçün frenç-frayz istehsal ediləcək.

Yüksək istehsal potensialına malik, Avstraliya istehsalı olan son dərəcə müasir avadanlıqlar vasitəsilə kartofun yuyulması, soyulması, dilimlənməsi və qızardılması prosesləri tam əhatə olunur. İnsan əli dəymədən aparılan bu proseslər yüksək keyfiyyətli istehsalın təminatçısı olacaq.

Zavod xammalını yerli əkinçilərdən təmin etməyi planlaşdırır. Bu da bölgədəki fermerlərin gəlirlərinin artmasına və kartofçuluğun inkişafına mühüm töhfə olacaq.

"Azərsun Holdinq" kartofçuluq üzrə ixtisaslaşmış bölgələrdə yüksək keyfiyyətli və məhsuldar kartof növlərinin becərilməsi üçün geniş maarifləndirmə işləri aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti