...

Fizuli Ələkbərov: Azərbaycanda məşğulluğun leqallaşdırılması üçün kompleks yanaşma vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 12:13 (UTC +04:00)
Azərbaycanın özəl sektorunda məşğulların real sayı rəsmi məlumatları ciddi olaraq üstələyir.
Fizuli Ələkbərov: Azərbaycanda məşğulluğun leqallaşdırılması üçün kompleks yanaşma vacibdir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A. Axundov/

Azərbaycanın özəl sektorunda məşğulların real sayı rəsmi məlumatları ciddi olaraq üstələyir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV qurultayında deyib:

"Rəsmi məlumata görə, Azərbaycanda özəl sektorda 580 min nəfər işləyir, əslində isə onların sayı daha çoxdur. Son aylar ölkədə məşğulluğun leqallaşdırılması üzrə işlər yerinə yetirilib, lakin biz səylərimizi birləşdirməli və bu fəaliyyəti davam etdirməliyik".

Onun sözlərinə görə, bəzi sahələrdə, xüsusilə tikinti sektorunda əmək normalarına riayət edilməsilə bağlı vəziyyət hələ də qənaətbəxş deyil. Nazirlik peşə standartlarının hazırlanması üzrə işi davam etdirir və hazırda 200 belə standart hazırlanıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, ölkədə Azərbaycanın strateji resursu olan sahibkarlar təbəqəsi formalaşır.

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayevin sözlərinə görə, sahibkarların rahatlığı üçün nazirlik öz xidmətlərinin avtomatlaşdırılması üzrə ciddi iş aparır. Nazirliyin təqribən 60 xidmətindən 40-ı elektron formada təqdim edilir.

Musayev bildirib: "Bəzi tapşırıqları yalnız özəl sektor ilə əməkdaşlıq şəraitində həll etmək mümkündür. Bu, nağdsız ödənişlərin inkişafı, məşğulluğun leqallaşdırılması probleminin həlli və sairədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti