...

"Muğanbank"ın aktivləri il ərzində 25 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2013 16:40 (UTC +04:00)
“Muğanbank” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2013-ci il iyulun 1-nə 313 240,46 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,83% çoxdur.
"Muğanbank"ın aktivləri il ərzində 25 faizdən çox artıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

"Muğanbank" Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2013-ci il iyulun 1-nə 313 240,46 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,83% çoxdur.

ASC-dən Trend-ə verilən məlumata görə, bankın məcmu kapital isə 49 804,30 min manat təşkil edib. Xatırladaq ki, ötən ilin birinci rübündə bankın məcmu kapitalı 36 982,88 min manat olub.

Həmçinin, əhalinin əmanətləri 91946,84 min manata çatıb. Bankın kredit portfeli ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 16,26% artaraq 222 224,16 min manat təşkil edib.

Vergi tutulduqdan sonra müvafiq dövr üzrə "Muğanbank" ASC-nin gəlirləri artıb. Belə ki, bankın faiz gəlirləri 14 601,35 min manata, qeyri-faiz gəlirləri isə 6 551,05 min manata çatdırılıb.

"Muğanbank" ASC-nin müvafiq dövr üçün likvidlik əmsalı 66,38%-ə bərabərdir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital korporasiyası (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir.

"Muğanbank" ASC-nin hesabatları ilə aşağıda qeyd olunan linkdə tanış ola bilərsiniz: http://www.muganbank.az/about/financial-reports/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti