...

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa sərmayələrin həcmi təxminən iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2013 16:59 (UTC +04:00)
Cari ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa sərmayələrin həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 94,9 faiz artaraq 38,4 milyon dollara çatıb.

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E. Əliyev/

Cari ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa sərmayələrin həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 94,9 faiz artaraq 38,4 milyon dollara çatıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin saytında yerləşdirilən hesabatda bildirilib.

Müqayisə üçün qeyd edilir ki, 2012-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa sərmayələrin həcmi 19,7 milyon dollar təşkil edib.

Hesabatda göstərilir ki, cari ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 226,2 milyon dollar birbaşa sərmayə yatırılıb. Azərbaycan 17 faizlik payla ən aparıcı investorların siyahısında ikinci yeri tutur. Siyahıya 46,3 milyon dollar (20 faiz) payla Yaponiya başçılıq edir. Daha sonra isə, Niderland (34,9 milyon dollar və ya 15 faiz), Böyük Britaniya (18,3 milyon dollar və ya 8 faiz), Çin (12,5 milyon dollar və ya 6 faiz) gəlir.

Ümumilikdə, 5 il (2008-2012) ərzində Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa Azərbaycan sərmayələrinin həcmi 308,7 milyon dollar təşkil edib. Ən çox sərmayə yatırımı 2011-ci ildə 138 milyon dollar, ən az isə 2008-ci ildə 23,9 milyon dollar olub.

İl

Azərbaycan sərmayələrinin həcmi, mln. doll.

Ümumi sərmayələrin həcmi, mln. doll.

Xüsusui çəki, %

2008

23,9

1564,0

1,5

2009

29,8

658,4

4,5

2010

58,0

814,5

7,1

2011

138,0

1117,2

12,0

2012

59,0

911,6

7,0

2013 (Birinci rüb)

38,4

226,2

17,0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti