...

Ziyad Səmədzadə: Azərbaycanda sahibkarların maraqlarının müdafiəsi haqqında fərman onların fəaliyyətinin yoxlanılması mədəniyyətini formalaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2013 19:47 (UTC +04:00)
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" fərman sahibkarlarların fəaliyyətinin yoxlanılması mədəniyyətini formalaşdırır.
Ziyad Səmədzadə: Azərbaycanda sahibkarların maraqlarının müdafiəsi haqqında fərman onların fəaliyyətinin yoxlanılması mədəniyyətini formalaşdırır

Azərbaycan, Bakı, 6 sentyabr/Trend, müxbir E. Əliyev/

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" fərman sahibkarlarların fəaliyyətinin yoxlanılması mədəniyyətini formalaşdırır. Bu barədə cümə günü Trend-ə Milli Məclisin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı bu fərman şübhəsiz ki, ölkədə sahibkarlığın inkişafına yeni təkan verəcək.

Z. Səmədzadə bildirib: "Bildiyiniz kimi Azərbaycanda sahibkarların fəaliyyətilə bağlı bir sıra qanunlar qəbul edilib. Azərbaycan iqtisadiyyatı inkişaf edir, sahibkarlar sinfi formalaşıb. Buna baxmayaraq, onlar öz fəaliyyətlərində bəzi çətinliklərlə üzləşirlər. Bura sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxiləni aid etmək olar. Bəli, son illər belə müdaxilələrin sayı xeyli azalıb. Lakin bütün dünyada qəbul edilən qanun və prinsiplər, həmçinin müəyyən suallar mövcuddur ki, bu suallara sahibkarların yoxlanılması zamanı cavab tapılmalıdır. Yoxlamaların məhz hansı sahibkarlara qarşı tətbiq edilə biləcəyi müəyyənləşməlidir".

Onun sözlərinə görə, bəzi sahibkarlar tez-tez yoxlamalara məruz qalırlar. Millət vəkili qeyd edib ki, buna görə də, qanunda risk qrupları müəyyənləşdirilir: "Azərbaycan Prezidentinin fərmanına əsasən, müvafiq dövlət qurumları bu qrupların formalaşacağı parametrləri müəyyənləşdirməlidir. Məsələn, əgər sahibkar müəyyən müddət işləyibsə və bir sıra yoxlamalardan uğurla keçibsə, onu yenidən yoxlamaq mütləq deyil. Yoxlamalar zamanı dəqiqləşdirilən məsələlər standartlaşdırılmalıdır. Əlbəttə ki, hər bir sahənin öz xüsusiyyəti var, lakin bu, standartlaşma məsələsinin əhəmiyyətini yoxlanılan sahibkarlar tərəfindən verilən suallarla daha da artırır".

Onun sözlərinə görə, yeni qanun, həmçinin sahibkarların yoxlanılması mədəniyyətini müəyyənləşdirir: "Bu prosedurların məqsədi dəyişir: yoxlayan şəxs uyğunsuzluq səbəbindən cəzalandırmağa görə deyil, sahibkarların çatışmazlıqları aradan qaldırmaq üçün atmalı olduğu qabaqlayıcı tədbirlər üçün gəlir".

Millət vəkilinin sözlərinə görə, bununla belə, söhbət sahibkarlıq sahəsində tənzimləyici orqanların sayının azaldılmasından getmir: "Qanun yoxlamaların sayını azaltmağa, sahibkarlıq fəaliyyətinə müdaxilələrin səviyyəsini aşağı salmağa imkan verəcək. Bundan başqa, fəaliyyəti dövlət hesabına maliyyələşdirilən yoxlama aparan orqanlarının səmərəliliyi artacaq. Bu resurslar məhduddur və onları rasional qaydada istifadə etmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən minlərlə sahibkarı yoxlamalarla əhatə etmək mümkün deyil. Buna görə də bu yoxlamaları şaxələndirmək, onların sayını yoxlamalardan uğurla keçən sahibkarlara qarşı azaltmaq lazımdır".

Onun sözlərinə görə, bundan əlavə, qanunda müxtəlif yoxlama aparan orqanların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi qeyd edilib: "Əgər sahibkar bu və ya digər norma pozuntusu ilə işləyirsə, məsələn, yoxlamalar Səhiyyə Nazirliyi və ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılmalıdır. Onların fəaliyyəti əlaqələndirilməlidir. Məhz bu, yoxlamaların yaxşılaşdırılması mənasına gəlir. Sahibkar yoxlamalardan qorxmamalıdır, yoxlamalar isə sahibkarı zərərə düçar etməklə aylarla davam etməməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti