...

Azərbaycanlı sahibkarlar Slovakiyada keçiriləcək biznes forumda iştirak etməyə dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.Əliyev/

20 noyabr 2013-cü il tarixlərində Slovakiyanın Bratislava şəhərində 7-ci Əməkdaşlıq Yarmarkası çərçivəsində biznes forum təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

"Biznes forum mühəndislik, maşınqayırma, enerji, qida, elektrotexnika, kimya, infrastruktur, İKT və digər sahələr üzrə mövzularına həsr olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar."

Tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı əlaqə vasitələrdən istifadə edə bilərsiniz:

Əlaqələndirici şəxs: Pavol Cobirka

Tel.: +421 2 58 260 341

Mob.: +421 910 828 311

E-mail: [email protected]

Web: www.sario.sk

Məqalədə:
Xəbər lenti

Xəbər lenti