...

Ziyad Səmədzadə: Azərbaycanda icbari sığorta üzrə nəzarət mexanizmini yaratmaq lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 18:41 (UTC +04:00)
Milli Məclisin İqtisadi siyasət komitəsi yaxın vaxtlarda Azərbaycan hökumətinin icbari sığorta sahəsində mövcud boşluqların aradan qaldırılması ilə bağlı təqdim etdiyi beş qanun layihəsini nəzərdən keçirəcək.
Ziyad Səmədzadə: Azərbaycanda icbari sığorta üzrə nəzarət mexanizmini yaratmaq lazımdır

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Əliyev/

Milli Məclisin İqtisadi siyasət komitəsi yaxın vaxtlarda Azərbaycan hökumətinin icbari sığorta sahəsində mövcud boşluqların aradan qaldırılması ilə bağlı təqdim etdiyi beş qanun layihəsini nəzərdən keçirəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "2003-2013-cü illərdə Azərbaycanın sığorta bazarının inkişaf dinamikası" adlı konfransda deyib.

Z.Səmədzadə bildirib: "Doğrudan da buna zərurət var və ümid edirəm ki, yaxın perspektivdə mövcud məsələ üzrə təklifimizi təqdim edəcəyik".

Onun sözlərinə görə, nəzarət mexanizmi hazırlanacaq, cərimələr sərtləşdiriləcək, həmçinin bu sahədə cavabdehlik daşıyan konkret orqanlar göstəriləcək.

Komitə sədri qeyd edib ki, ümumilikdə bu gün Azərbaycanda sığorta sahəsində davamlı və müasir qanunvericilik bazası yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti