...

“Muğanbank” ASC Beynəlxalq Bank Konfransının baş sponsoru oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2013 13:08 (UTC +04:00)
2-5 oktyabr tarixlərində Rusiyanın Kalininqrad şəhərində “Banklararası maliyyə bazarında tənzimləmə ilə bağlı yeniliklər və müasir texnologiyalar” mövzsunda növbəti Beynəlxalq Bank Konfransı (“BBK-2013”) keçirilmişdir.
“Muğanbank” ASC Beynəlxalq Bank Konfransının baş sponsoru oldu

Azərbaycan, Bakı, 11 oktyabr /Trend /

2-5 oktyabr tarixlərində Rusiyanın Kalininqrad şəhərində "Banklararası maliyyə bazarında tənzimləmə ilə bağlı yeniliklər və müasir texnologiyalar" mövzsunda növbəti Beynəlxalq Bank Konfransı ("BBK-2013") keçirilmişdir.

"Muğanbank" ASC ardıcıl olaraq üçüncü dəfə beynəlxalq konfransın baş sponsoru olmuşdur.

Konfransda iştirakçı və qonaq qismində mərkəzi (milli) bankların, peşəkar assosiasiyaların, valyuta birjalarının, kredit təşkilatlarının, maliyyə, broker və investisiya şirkətlərinin rəhbərləri və əməkdaşları, ekspertlər və analitiklər, KİV nümayəndələri olmaqla təxminən 200 nəfər iştirak etmişdir. Konfransda Azərbaycan, Avstriya, Belarus, Böyük Britaniya, Macarıstan, Almaniya, Latviya, Rusiya, Ukrayna, İsveçrə, Estoniya kimi ölkələrin bank və qeyri-bank təşkilatları təmsil olunmuşlar.

Forumun təşkilatçısı qismində Moskva Beynəlxalq Valyuta Assosiasiyası ("МВVА") çıxış edirdi.

"Muğanbank" ASC-nin nümayəndə heyəti beynəlxalq forumun işində fəal iştirak etmişdir. "Muğanbank" ASC-nin Marketinq departamentinin direktoru Rəşad Alıyev və Xəzinədarlıq departamentinin direktor müavini Konstantin Rəsulov məruzələrlə çıxış etmişlər.

Konfransda çıxışlar makroiqtisadi və tənzimləmə xarakterli mövzulara (makroiqtisadi təhlillər, nəzarət, valyuta və məzənnə siyasətinin aktual aspektləri, maliyyə əməliyyatlarının aparılmasının normativ bazasının təkmilləşdirilməsi və s.) həsr olunmuşdu. Konfransda, həmçinin, ənənəvi olaraq banklararası bazarın infrastrukturunun inkişafı (FX&MM, forvard kontraktları ilə ticarət, REPO əməliyyatları, SWAP, uzunmüddətli maliyyə alətləri bazarları, yeni elektron sistemlərin tətbiqi, transsərhəd əməliyyatları, pul köçürmələri və s. ) ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 30 filialı və 5 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti