...

Azərbaycan Beynəlxalq Bankı pensiyaçılara faizsiz kredit limiti təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 18:00 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartlarına 100 manat məbləğində faizsiz kredit limiti açılıb.
Azərbaycan Beynəlxalq Bankı pensiyaçılara faizsiz kredit limiti təqdim edir

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankında (ABB) xidmət olunan bütün pensiya kartlarına 100 manat məbləğində faizsiz kredit limiti açılıb.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata əsasən, buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur. Pensiyaçı ona ayrılmış bu limiti ATM-də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər) istədiyi zaman xərcləyə bilər.

Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcək.

Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız DSMF-yə məxsus olan kartlar, ƏƏSMN-ə məxsus kartlar istisna olmaq şərti ilə) avtomatik şəkildə layihəyə qoşulur.

Hazırda proqrama qoşulmuş ticarət subyektləri bunlardır: ARAZ supermarketlər şəbəkəsi, "Makro Market" supermarketlər şəbəkəsi, "Riyadfarm" apteklər şəbəkəsi.

Ticarət subyektlərinin sayı davamlı şəkildə artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti