...

Dünya Bankı Azərbaycanda layihələrdən birinin əlavə maliyyələşdirilməsinə lüzum görmür

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2013 15:59 (UTC +04:00)
Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində əlavə vəsaitlərin ayrılması məsələsi hazırda nəzərdən keçirilmir.
Dünya Bankı Azərbaycanda layihələrdən birinin əlavə maliyyələşdirilməsinə lüzum görmür

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.Əliyev/

Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində əlavə vəsaitlərin ayrılması məsələsi hazırda nəzərdən keçirilmir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə DB-nin missiya rəhbəri Qevin Adlinqton deyib.

Onun sözlərinə görə, layihənin büdcəsində heç bir dəyişiklik baş verməyib: "Layihə bəzi işlərin icra müddətinin təxirə salınması ilə əlaqədar uzadılıb. Əmlakın qeydiyyatı ilə bağlı sistematik tədbirlərin keçirilməsi çox mürəkkəb prosesdir".

Q.Adlinqton deyib ki, layihəyə əlavə komponent daxil edilib: "Komponent daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlıdır. Əsas məqsəd bazarda daşınmaz əmlak obyektlərinin real qiymətinin müəyyənləşdirilməsindən ibarətdir. Azərbaycanda bu sahədə işlərin görülməsi və inkişaf üçün məkan mövcuddur. Bu informasiya dövlət strukturları və mənzil almaq, yaxud satmaq istəyən adi vətəndaşlar üçün əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Azərbaycan hökuməti və DB 2007-ci ilin iyul ayında "Daşınmaz əmlakın vahid kadastrı sisteminin yaradılması" layihəsi üzrə saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti