...

"Muğanbank"ın baş ofisində istiqrazlar üzrə lotereyanın 33-ci tiraj keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2013 17:14 (UTC +04:00)
"Muğanbank" ASC-nin baş ofisində dekabrın 15-i saat 10:00-da adsız istiqrazlar üzrə lotereyanın sayca 33-cü tirajı keçiriləcək.
"Muğanbank"ın baş ofisində istiqrazlar üzrə lotereyanın 33-ci tiraj keçiriləcək

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

"Muğanbank" ASC-nin baş ofisində dekabrın 15-i saat 10:00-da adsız istiqrazlar üzrə lotereyanın sayca 33-cü tirajı keçiriləcək.

Bankdan Trend-ə verilən məlumata görə, məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanacaq. Canlı yayımı qeyd olunmuş "link"dən izləmək mümkündür.

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 manat, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 min manatdır.

"Muğanbank" ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatından keçib. Bank 50 mln. manat dəyərində 1 mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.

İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın Ə.Rəcəbli küç., 21B ünvanında yerləşən baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ var.

Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.

Uduşa düşmüş istiqrazların nömrələri ilə "Xalq qəzeti"nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin bankın rəsmi saytında tanış olmaq mümkündür.

"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər.

Həmçinin, bankın "facebook" və "twitter" səhifələrini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti