...

Azərbaycan şirkətləri iri idman obyektlərinni inşası üçün Rusiyanın Ulyanovsk vilayətinə dəvət olunurlar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2014 15:40 (UTC +04:00)
Rusiyanın Ulyanovsk vilayəti Azərbaycanın tikinti şirkətlərinin gəlişində maraqlıdır. Trend-in məlumatınma görə, bu barədə bazar ertəsi jurnalistlərə vilayətin qubernatoru Sergey Morozov Bakıda Azərbaycandan və Rusiyanın Ulyanovsk vilayətindən olan sahibkarların iştirakı ilə keçirilən biznes forumda deyib.
Azərbaycan şirkətləri iri idman obyektlərinni inşası üçün Rusiyanın Ulyanovsk vilayətinə dəvət olunurlar (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Axundov/

Rusiyanın Ulyanovsk vilayəti Azərbaycanın tikinti şirkətlərinin gəlişində maraqlıdır. Trend-in məlumatınma görə, bu barədə bazar ertəsi jurnalistlərə vilayətin qubernatoru Sergey Morozov Bakıda Azərbaycandan və Rusiyanın Ulyanovsk vilayətindən olan sahibkarların iştirakı ilə keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Ulyanovsk vilayətinin ərazisində iri idman tədbirləri keçiriləcək: 2016-cı ildə otüstü hokkey üzrə dünya çempionatı, 2018-ci ildə isə futbol üzrə dünya çempionatı: "Biz bilirik ki, Azərbaycanda müxtəlif obyektlər, nəqliyyat, mühəndis infrastrukturu tikilir. Bundan başqa, biz Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevlə Azərbaycan şirkətlərinin inşaat sektoruna gəlişini müzakirə etdik. Region qarşıya iddialı məqsəd qoyub - bizə ümumilikdə 1,5 milyon kvadratmetr mənzil tikmək lazımdır, amma biz yalnız yarısını inşa edirik".

Qubernatorun sözlərinə görə, Ulyanovsk vilayəti də istixana təsərrüfatları, ərzaq təhlükəsizliyi sahəsində layihələrdə Azərbaycan şirkətlərinin iştirakına maraq göstərir: "Ulyanovsk Rusiyanın ən mühüm maşınqayırma, avtomobil, dəzgahqayırma regionlarından biri, aviasiya paytaxtıdır. Şirkətlərimizin Azərbaycana gəlişində böyük marağımız var. Biz, habelə burada Ulyanovska gələcək tərəfdaşlar tapmağa ümid edirik".

O, qeyd edib ki, hazırda Ulyanovsk və Gəncənin qardaşlaşması haqqında sazişin bağlanması üzrə danışıqlar gedir.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayevin biznes forumda çıxışında bildirib ki, son 10 il ərzində Rusiya iqtisadiyyatına qoyulan Azərbaycan investisiyalarının həcmi bir milyard dollara yaxındır: "Azərbaycanda Rusiya biznesi də fəaldır: ölkədə Rusiya kapitallı 570 şirkət çalışır. Son illərdə Rusiya şirkətləri Azərbaycanda əsas kapitala 628,4 milyon dollar sərmayə yatırıblar".

Nazirin sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsində də müsbət dinamika müşahidə olunur: "Əmtəə dövriyyəsi 2013-cü ildə 2,6 milyard dollar təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 10 faiz çoxdur. Ulyanovsk vilayəti ilə əmtəə dövriyyəsi 2013-cü ildə 13 faiz artıb. Rusiya Azərbaycanın üçüncü iri ticarət tərəfdaşıdır, ölkənin idxalında birinci, ixracda isə səkkizinci yeri tutur".

Biznes forumun yekunu üzrə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Ulyanovsk vilayətinin Sahibkarlığın İnkişafı Korporasiyası arasında anlaşma memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti