...

Səfir: İran "Aslandüz-Horadiz" sərhəd-keçid məntəqəsinin açılmasına hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2014 16:59 (UTC +04:00)
İran tərəfi Azərbaycan ilə İran arasında "Aslandüz-Horadiz" sərhəd-keçid məntəqəsinin açılmasına hazırdır.
Səfir: İran "Aslandüz-Horadiz" sərhəd-keçid məntəqəsinin açılmasına hazırdır

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir T.Cəfərov/

İran tərəfi Azərbaycan ilə İran arasında "Aslandüz-Horadiz" sərhəd-keçid məntəqəsinin açılmasına hazırdır. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, İran tərəfi bu sərhəd-keçid məntəqəsinin açılması üçün icra strukturu da hazırlayıb.

M.Pakayin əlavə edib ki, "Aslandüz-Horadiz" sərhəd-keçid məntəqəsinin açılması hər iki ölkənin xeyrinədir: "Ümid edirik ki, Azərbaycan tərəfi də bu məntəqənin açılması ilə bağlı işlərə başlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti