...

Dövlət Komitəsi: Azərbaycanda qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30 faizdən azı açıq hesabat verirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2014 11:46 (UTC +04:00)
Azərbaycanda qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30 faizdən azı öz fəaliyyətləri haqqında illik hesabatlar dərc edirlər.
Dövlət Komitəsi: Azərbaycanda qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30 faizdən azı açıq hesabat verirlər

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir E.Əliyev /

Azərbaycanda qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30 faizdən azı öz fəaliyyətləri haqqında illik hesabatlar dərc edirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) sədrinin müavini İlqar Muradov bildirib.

İ.Muradov deyib: "Banklar və sığorta şirkətləri çıxmaqla, səhmdar cəmiyyətlərin təxminən cəmi 20-30 faiz öz fəaliyyətləri haqqında qanunun tələb etdiyi kimi açıq hesabat verirlər. QKDK daim bu problem üzərində, həmçinin müəssisələrə qanunun tələblərinə əməl edilməsi zərurəti haqqında məlumat verilməsi istiqamətində işləyir".

Onun sözlərinə görə, illik hesabatların dərc olunması hamı üçün məcburidir: "Bundan başqa, hesabatlarını dərc etdirən SC-nin sayının artmasında belə pozuntulara görə nəzərdə tutulan cərimələrin artırılması da öz rolunu oynayıb. Belə ki, ilin əvvəlində İnzibati Xətalar Məsəlləsinə dəyişikliklərin qəbul edilməsi cərimələri 200-250 manatdan 1500-3000 manata qədər artırdı. Dövlət Komitəsi bu məsələnin həll olunması üçün mümkün olan hər şeyi edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti