...

Azərbaycanda listinq məsləhət proqramının tərəfdaşları kollektiv saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2014 12:45 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) və onun tərəfdaşları listinq məsləhət proqramı çərçivəsində əməkdaşlıq haqqında kollektiv saziş imzalayıblar.
Azərbaycanda listinq məsləhət proqramının tərəfdaşları kollektiv saziş imzalayıblar

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir E.Əliyev /

Bakı Fond Birjası (BFB) və onun tərəfdaşları listinq məsləhət proqramı çərçivəsində əməkdaşlıq haqqında kollektiv saziş imzalayıblar.

Trend-in məlumatına görə, sazişin imzalanması mərasimi çərşənbə günü Bakıda proqramın təqdimatının yekunları üzrə baş tutub.

Sənəd BFB-nin İdarə Heyətinin sədri Fariz Əzizov, eləcə də "Invest-AZ" şirkətinin direktoru Şəhriyar Qurbanzadə, KPMG beynəlxalq auditor şirkətinin Azərbaycanda icraçı tərəfdaşı Vüqar Əliyev, "Dentons" şirkətinin tərəfdaşı Kamal Mirzəzadə və "Baker & Mckenzie" şirkətinin Azərbaycanda icraçı tərəfdaşı Gündüz Kərimov tərəfindən imzalanıb.

Sazişin imzalanmasında məqsəd listinq məsləhət proqramı çərçivəsində maarifləndirmə xidmətlərinin göstərilməsi üzrə əməkdaşlıq mexanizminin qurulması və ödənişsiz əsasda treninqlərin təşkili olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti