...

Ucar rayonunda Avropadan gətirilmiş yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2014 15:56 (UTC +04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə "Aqrolizinq " ASC-nin Ucar rayonlararası təchizat bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub.
Ucar rayonunda Avropadan gətirilmiş yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə "Aqrolizinq " ASC-nin Ucar rayonlararası təchizat bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın 25 rayonundan gəlmiş sahibkarın iştirak etdiyi tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib. Xüsusilə, Almaniya istehsalı olan 50 ədəd "Klaas", Belçika istehsalı olan 20 ədəd "New Holland" və Finlandiya istehsalı olan 87 ədəd "Sampo" taxılbiçən kombaynları və onların texniki göstəriciləri ötən il biçin kampaniyasında kombayn sarıdan çətinliklə üzləşən sahibkarlarda böyük maraq doğurub.

H.Əsədov təqdimat mərasimində çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə başçısının bu sahənin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələrdən danışıb və qeyd edib ki, yaxın vaxrlarda aqrar sektorla bağlı yeniliklər gözlənilir.

Nazir gətirilən yeni texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Mərasimdə yerlərdə texnikaya olan tələbatın öyrənilməsinin zəruriliyi də vurğulanıb. Belə ki, ehtiyac olmayan texnikanın alınıb gətirilməsi yersiz vəsait xərcinə səbəb olardı.

Sahibkarlar bu gün otbağlayan texnikaya, xüsusilə, yüksək texniki göstəriciləri ilə fərqlənən "Klaas" markalı otbağlayanlara ehtiyacları olduqlarını bildiriblər.

Bununla əlaqədar lazımi tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu bildirilib.

Sonda sahibkarlara 12 ədəd kombaynın açarları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti