...

Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2014 13:32 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF) bu il iyunun 19-20-də "FlameTowers" hotelində keçiriləcək.
Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF) bu il iyunun 19-20-də "FlameTowers" hotelində keçiriləcək. ASA-nın sədri Orxan Bayramov bildirib ki, Forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər, sığorta sektorundakı tendensiyalar və əməkdaşlıq imkanları müzakirə ediləcək.

Forumda müzakirə ediləcək əsas məsələlər aqrar sığorta, fəlakət risklərindən sığorta, təkrar sığorta, tibbi sığorta, o cümlədən icbari tibbi sığortanın tətbiqi, avtomobil sığortası üzrə zərərlərin tənzimlənməsi olacaq. Eləcə də, tədbirdə 2013-14-cü illərdə Azərbaycanın sığorta bazarı, Qafqaz regionunun sığorta bazarında investisiya imkanları, Qafqaz regionda Yaşıl kart sisteminin tətbiqi kimi məsələlər də diqqət mərkəzində olacaq.

Forumda yerli və xarici sığorta bazarını təmsil edən 250-dən artıq şirkətin nümayəndələrnin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti