...

Azərbaycan banklarında kredit risklərinin idarə edilməsi çərçivəsini müəyyən edən qaydaların təqdimatı keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 16:43 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankında (AMB) banklarda kredit riskinin tənzimlənməsində proaktiv meyarların nəzərə alınmasını və differensial ehtiyatlanmanın tətbiqini təmin etmək məqsədilə qəbul olunmuş yeni “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın geniş təqdimatı keçirilib.
Azərbaycan banklarında kredit risklərinin idarə edilməsi çərçivəsini müəyyən edən qaydaların təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Mərkəzi Bankında (AMB) banklarda kredit riskinin tənzimlənməsində proaktiv meyarların nəzərə alınmasını və differensial ehtiyatlanmanın tətbiqini təmin etmək məqsədilə qəbul olunmuş yeni "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nın geniş təqdimatı keçirilib.

AMB-dən Trend-ə verilən məlumata görə, tədbirdə ölkədə fəaliyyət göstərən bankların nümayəndələri və Mərkəzi Bankın aidiyyəti departamentlərinin əməkdaşları iştirak ediblər.

Təqdimatın əsas məqsədi kredit riskləri üzrə prudensial siyasətin banklar tərəfindən düzgün və effektiv şəkildə tətbiq edilməsinin təmin olunmasıdır.

Təqdimat zamanı Qaydalardakı dəyişikliklərin detallı izahı və banklarda yeni prudensial çərçivənin implementasiyası prosesində yaranmış suallarla bağlı istiqamətverici məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti